04 mart 2024, 18:26

Malik Şükürovdan, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi xalqın mütləq əksəriyyətinin səsini qazanaraq inamlı qələbə ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür diləyir, ən xoş istəklərimizi bildiririk.

Cənab Prezident, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni qələbələr, uğurlar arzulayırıq. Hər bir daşkəsənli Sizinlə fəxr edir, qürur duyur.

TANRI həmişə Sizi qorusun!

Hörmətlə,

Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialı Daşkəsən rayon qəbul şöbəsinin kollektivi adından:

Şükürov Malik Bəylər oğlu.

Azərbaycan Respublikası, Daşkəsən rayonu.