Xasay Hüseynovdan, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident,
Müstəqillik dövründə ilk dəfə suveren Azərbaycanın bütün ərazilərində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi kollektivimiz adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı bildirməkdən sonsuz məmnunluq duyuruq. Bu seçkilər Zəfər seçkiləri kimi tarixə yazıldı, qalib xalq qalib Liderini Prezident seçdi.
Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi və beynəlxalq aləmdə ölkəmizin getdikcə artan nüfuzu bizi qürurlandırır. Biz inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın inkişafı bundan sonra da davam edəcək, növbəti hakimiyyət illəriniz ölkəmiz üçün yeni uğurlu dövr olacaq.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Xasay Məmməd oğlu Hüseynov, Statistika İdarəsinin kollektivi adından.
Azərbaycan Respublikası, Daşkəsən rayonu.