05 mart 2024, 10:04
Ağahüseyn Zayıdovdan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident,
Müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ailəm adından səmimi-qəlbdən təbrik edirəm.
Siz Azərbaycan xalqına, dünya azərbaycanlılarına, ürəyi Azərbaycanla döyünən hər kəsə, azərbaycansevərlərə əvəzsiz bir sevinc qələbə, haqq-ədalət sevinci yaşatdınız.
Allahdan Sizə uzun, sağlam, sülh və əmin-amanlıqla keçən bir ömür arzu edirəm. Allah Sizi və əzizlərinizi qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Zayıdov Ağahüseyn Xanoğlan oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu, Kürqaraqaşlı kəndi.