Şasəddin Mikayılovdan, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident,
Yenidən Prezident seçilməyiniz münasibətilə qəsəbəmizin sakinləri adından Sizi təbrik edirəm. Siz dövlət başçısı olaraq müdrik siyasət həyata keçirir, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi üçün yorulmadan çalışırsınız.
Sizin yürütdüyünüz dövlət siyasətində insan amili başlıca yer tutur. Ölkəmizdə əhalinin güzəranının durmadan yaxşılaşması “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinizin bariz təzahürüdür.
Ali Baş Komandanlığınızla torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz tam təmin olundu. Siz Ordu ilə xalqın monolit birliyini yaratdınız. Düşmən tapdağından azad edilmiş torpaqlarımız bərpa olunur, yenidən qurulur, Qarabağımıza həyat qayıdır. Bütün bunlarla yanaşı paytaxtımız və bütün regionlarımız abadlaşdırılır, müasirləşdirilir.
Azərbaycanda sabitlik, tolerantlıq hökm sürür. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri arasında dostluq, qarşılıqlı anlaşma mövcuddur.
Biz əminik ki, dövlətimizin və xalqımızın birbaşa marağına xidmət göstərən siyasətiniz Azərbaycanımızı daha uğurlu gələcəyə aparacaq. Məsuliyyətli və şərəfli işinizdə qəsəbəmizin sakinləri adından Sizə möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzu edirəm!
Hörmətlə,
Şasəddin Sabir oğlu Mikayılov
Azərbaycan Respublikası, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi.