05 mart 2024, 10:36

Elməddin Əhmədovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda ölkəmizdə keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə öz adımdan və Qərbi Azərbaycan torpaqlarından Göyçə mahalının Zod kənd sakinləri adından səmimi-qəlbdən təbrik edirəm.

Bu qələbə xalqımızın Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin müdrik və uzaqgörən siyasətiniz, praqmatik addımlarınız nəticəsində ölkəmiz sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəmiz regional liderə çevrilərək beynəlxalq arenada böyük nüfuza sahib olmuşdur.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Əhmədov Elməddin Elmay oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu.