05 mart 2024, 11:30

Eldar Vəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Müdafiə Sənayesi Nazirliyinə məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-nin kollektivi adından səmimi-qəlbdən təbrik edirik.

İyirmi il ərzində Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasını təmin etdi. Şanlı Qələbəmiz ilə adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdınız.

Cənab Prezident, Qalib Azərbaycanın daha da güclənməsi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Vəliyev Eldar Rüstəm oğlu,

“Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-nin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.