05 mart 2024, 11:41

Böyükağa Kərimidən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə öz adımdan və ailəm adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin komandanlığınızla doğma Qarabağımızın düşməndən azad edilməsi və Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaşatmışdır. Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək liderlik keyfiyyətləriniz xalq arasında Sizə böyük nüfuz qazandırmışdır.

Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanı daha parlaq gələcək, daha firavan həyat gözləyir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, ali fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Kərimi Böyükağa Tahir oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.