05 mart 2024, 11:52

Mircavad Mustafazadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan tarixində yeni, daha əzəmətli bir dövrün başlanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Sizin Prezident olduğunuz ötən 20 ildə Azərbaycan əsrlərə sığacaq böyük uğurlara ima atdı. Bu uğurların zirvəsində sözsüz ki, Qarabağ zəfəri dayanır. Siz bizi Zəfərə elə yollarla apardınız ki, heyran qalmamaq mümkün deyil.

Əziz Prezidentimiz, Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin daha da inkişafı, xalqımızın güzəranının daha da yaxşılaşdırılması, sülh və rifah içində yaşaması naminə apardığınız şərəfli fəaliyyətlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Mircavad Mustafazadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.