Oruc Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Respublikamızın qocaman müəssisəsi olan "Zabrat Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivi Sizi prezident seçkilərindəki parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edir.
Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Sevinirik ki, bizim Sizin kimi yeganə əvəzolunmaz prezidentimiz var. Bu qələbə bütün dünya azərbaycanlılarının qələbəsidir. Bütün bunlar Sizin apardığınız uğurlu xarici və daxili siyasətin, vətənpərvərliyin yüksəldilməsinin, bölgədı sülhün və əmin-amanlığın bərqərar olunmasının, xalqın sosial rifahının yüksəldilməsinin, ölkənin iqtisadi gücünün artırılmasının, dünyanın aparıcı gücləri ilə yüksək diplomatik bacarıqla iş aparmağınızın nəticəsində əldə olunmuşdur .
Cənab Prezident!
Biz maşınqayıranlar, Sizin kimi xalqını sevən və ölkəsini dünya miqrasiyasında bütün sahələrdə inkişaf etmiş bir dövlət kimi tanıdan ikinci bir rəhbər tanımırıq. Sizinlə fəxr edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, çətin və şərəfli işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
Qoy Azərbaycan daim Sizin rəhbərliyiniz altında olsun! Ulu Tanrı Sizi qorusun! Yaşasın Azərbaycan!
Hörmətlə,
Məmmədov Oruc, “Zabrat Maşınqayırma Zavodu” ASC İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri