05 mart 2024, 12:36
Elvin Rəhimovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
“Mahal Şirkətlər Qrupu” MMC olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuruq.
Seçkilərdə qazandığınız inamlı qələbə Azərbaycan Xalqının Sizin müdrik və uzaqgörən siyasətinizə, liderliyinizə olan inam və etimadının göstəricisidir. Daima var olun!
Cənab Prezident, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Rəhimov Elvin Adil oğlu,
“Mahal Şirkətlər Qrupu” MMC-nin direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.