05 mart 2024, 13:09

Lütfi Qədirovdan, Bakı, Azərbaycan

Hörmətii cənab Prezident,

Siz daim xalqın içərisində olan, onun problemlərini öyrənən, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərən Prezidentsiniz. Sizin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.

Cənab Prezident, Sizi Prezident seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizə Qarabağın Fatehi və tarix yazan Sərkərdə kimi uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qədirov Lütfi Balahüseyn oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri