Tofiq Məmmədovdan, Quba, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailəm və bütün qubalılar adından səmimi-qəlbdən təbrik edirəm. Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayır, vəsiyyətini yerinə yetirməklə ruhunu şad etdiyiniz Ulu Öndərimizə isə Allahdan rəhmət diləyirəm.
Siz Ümummilli Liderimizin siyasətini ləyaqətlə davam etdirərək, gecə-gündüz yorulmadan çalışaraq xalqın böyük etimadını qazanmısınız. 7 fevral seçkilərinin nəticələri bunu bir daha sübut etdi. Bütün dünya bir daha gördü ki, xalq Sizin ətrafınızda sıx birləşib, yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyir.
Prezident seçkiləri bütün siyasi fəaliyyətini xalqının xoşbəxt gələcəyinə yönəldən, iyirimi il ərzində verdiyi vədləri qətiyyətlə yerinə yetirən, “Bizim siyasətimiz bizim işimizdir”, “Sözümüz imzamızdır” söyləyən qalib Liderə inamın, güvənin daha bir göstəricisi oldu.
Qalibiyyətlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən, ölkəmizin ərazi bütövlüyü bərpa ediləndən sonra ilk dəfə keçirilən bu seçkilərdə xalq ölkəmizi sürətlə inkişaf etdirən, iqtisadi gücünü artıran, beynəlxalq nüfuzunu yüksəldən, müstəqilliyimizi möhkəmləndirən, onu dünyada söz sahibi edən Lideri yenidən öz Prezidenti kimi görmək istəməkdə tam haqlı idi. Əminik ki, bu uğurları təmin edən dövlət başçımız olaraq Siz uzaqgörən, düşünülmüş siyasətinizlə ölkəmizə daim yeni-yeni zəfərlər qazandıracaq, onu daha parlaq gələcəyə aparacaqsınız.
Cənab Prezident, biz şanslı xalqıq ki, Azərbaycana məhz Siz rəhbərlik edirsiniz. Sizə şərəfli vəzifənizdə uğurlar arzulayıram. Ulu Tanrı Sizi xalqımızın başı üzərindən əskik etməsin!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Tofiq Abdulla oğlu Məmmədov, kimya-biologiya müəllimi
Azərbaycan Respublikası, Quba rayonu