Azər İsmayılovdan, Salyan, Azərbaycan
Hörmətii cənab Prezident,
Sizi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin kollektivi adından növbədənkənar prezident seçkilərində əldə etdiyiniz üstün qələbə münasibətilə ürəkdən təbrik edirik.
Azərbaycana rəhbərlik etdiyiniz dövrdə həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası beynəlxalq arenada nüfuzlu dövlətə çevrilmişdir. Ali Baş Komandan olduğunuz Müzəffər Azərbaycan Ordusu Sizin apardığınız cəsarətli və müdrik siyasətin sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpasına və suverenliyinin tam təmin edilməsinə nail olmuşdur. Bütün demokratik dəyər və prinsiplərə uyğun şəkildə və əsil zəfər bayramı ovqatında keçirilən seçkilər Azərbaycan vətəndaşlarının Sizə olan hədsiz ehtiramının və inamının bariz təntənəsinə çevirdi. İlk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutan seçkilər bir daha göstərdi ki, ölkəmiz indi daha güclü və yenilməzdir.
Möhtərəm cənab Prezident,
Sizi bir daha böyük və misilsiz qələbə münasibətilə ürəkdən təbrik edir, suveren Azərbaycanın parlaq gələcəyi naminə atacağmız addımların daha qətiyyətli və düşərli olmasını arzulayıram. Sizin möhtəşəm qələbəniz Zəfər sevincimizi qat-qat artırır.
Dərin hörmət və ehtiramla,
İsmayılov Azər Məmməd oğlu, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismar İdarəsinin rəhbəri
Azərbaycan Respublikası, Salyan rayonu