05 mart 2024, 13:53
Zəminə Abdulhəmidovadan, Şəki, Azərbaycan
Möhtərəm Prezident,
Siz xalqımızın yaddaşına əbədi həkk olunan nailiyyətlərə imza atırsınız. Tarixdə təkrar olunmayacaq əvəzsiz xidmətlərinizlə hamımızın qəlbini fəth etmisiniz. Xalqı ətarafında sıx birləşdirdiyiniz “dəmir yumruq”la düşmənin başını əzərək torpaqlarımızı işğaldan azad etdiniz, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldunuz.
Ulu Tanrı həmişə Sizi müzəffər eləsin!
Ötən ay keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.
Hörmətlə,
Zəminə Abdulhəmidova
Azərbaycan Respublikası, Şəki şəhəri.