05 mart 2024, 14:15

Tariyel Məmmədovdan, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız çox böyük və inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirik. Yeritdiyiniz uğurlu daxili və xarici siyasi xətti davam etdirmək üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə xoşbəxtliyi diləyirik.

Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ərazilərində keçirilən prezident seçkilərinin nəticələri xalqın Sizə olan yüksək inamının və etimadının növbəti təzahürüdür. İnanırıq ki, Siz xalqımıza qarşıdan gələn illərdə də böyük nailiyyətlər bəxş edəcəksiniz.

Ulu Tanrı bu yolda köməyiniz olsun!

Hörmətlə,

Tariyel Məmmədov

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Zinzahal kəndi.