05 mart 2024, 14:48

Asəf Əliyevdən, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz məni, bütün Azərbaycan xalqını, o cümlədən Qarabağ sakinlərini çox sevindirdi. Bu nəticə xalqımızın Sizin misilsiz xidmətlərinizə verdiyi qiymətdir.

Bu gün mənim və bütün Laçın sakinlərinin sevincinin həddi-hüdudu yoxdur. Siz Qarabağın böyük sərkərdəsisiniz. Allah Sizi xalqımızın üzərində daimi etsin!

Cənab Prezident, Sizə ən xoş arzularımı çatdırır, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əliyev Asəf Faiq oğlu.

Azərbaycan Respublikası, Laçın rayonu.