05 mart 2024, 15:10

Rövşən Məmmədov və başqalarından, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident

Sizi Salyan Suvarma Sistemləri İdarəsinin kollektivi adından keçirilmiş Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə ürəkdən təbrik edirik.

Bu qələbə ötən illər ərzində istər daxili, istər regional, istərsə də beynəlxalq müstəvidə həyata keçirdiyiniz uğurlu siyasətin bəhrəsidir. Seçkilərdə əldə etdiyiniz nəticə bir daha Azərbaycan xalqının Sizə olan etimadının və inamının açıq nümunəsidir.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməsi bu uğurlu siyasətin ayrılmaz bir parçasıdır.

İnanırıq ki, ölkəmiz rəhbərliyinizlə dövlət quruculuğu sahəsində yeni-yeni nailiyyətlər əldə edəcək, əhalinin həyat səviyyəsi daha da yüksələcək, fəaliyyətiniz ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək.

Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq hissi duyuruq və ali dövləti vəzifənizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Rövşən,

Nağıyev Nazim,

Abuşov Namiq,

Məlikli Tubu,

Ələkbərov İlham və başqaları (50 nəfər), Salyan Suvarma Sistemləri İdarəsinin əməkdaşları

Azərbaycan Respublikası, Salyan rayonu