05 mart 2024, 15:54

Səməngül Musibovadan, Abşeron, Azərbaycan

Hörmətii cənab Prezident,

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbə qazanmağınız münasibəti ilə Sizi təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Xalqımız Sizə olan sevgisini, inamını və etibarını hamılıqla seçkilərə getməklə və səs verməklə bir daha nümayiş etdirdi.

Siz Vətən müharibəsində şanlı zəfər qazanmaqla Azərbaycan xalqının özünə inamını qaytararaq millətimizin başını uca etdiyiniz, tarix boyu başımıza gətirilən faciələrin, şəhidlərimizin qisasını döyüş meydanında aldınız.

Ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğı vardır. Bütün bunlara görə Sizə təşəkkür edir, bu çətin və müqəddəs yolda güc, qüvvət arzulayıram.

Hörmətlə,

Musibova Səməngül Məmməd qızı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Veysəl Musibovun anası.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri