05 mart 2024, 15:43
Aslan Rüstəmovdan, Daşkəsən, Azərbaycan
Çox hörmətli cənab Prezident,
Müstəqillik dövründə ilk dəfə suveren Azərbaycanın bütün ərazilərində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı bildirməkdən sonsuz məmnunluq duyuruq.
Sizin liderliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi və beynəlxalq aləmdə ölkəmizin nüfuzunun getdikcə artması bizi qürurlandırır. Qalib xalq qalib Liderini seçdi. Biz inanırıq ki, Sizin liderliyinizlə ölkəmizin inkişafı bundan sonra da davam edəcəkdir.
Sizə bu ali vəzifənizdə daim müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Rüstəmov Aslan Camal oğlu
Azərbaycan Respublikası, Daşkəsən şəhəri.