05 mart 2024, 16:16

Saday Şükürovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 7 fevralda keçirilmiş növbədənkənar prezident seçkilərində yüksək səs çoxluğu ilə qazandığınız qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin yüksək liderlik keyfiyyətləriniz sayəsində Vətən müharibəsində bütün qərarları lazımi anda verdiniz, qətiyyətli addımlar atdınız. Bununla da bütün dünyaya necə böyük bir Lider olduğunuzu bir daha göstərdiniz. Sizinlə fəxr edir və qürur duyuram.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Şükürov Saday Ağabala oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu.