05 mart 2024, 16:27

Arzu Quliyevadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Xalqımızı qalibiyyətə çatdıran, ölkəmizi Qalib ölkəyə çevirən Liderə eşq olsun!

Cənab Prezident, bir şəhid anası olaraq şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Sizin komandanlığınızla rəşadətli Azərbaycan ordusu tarix yazdı. Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Quliyeva Arzu Əlifağa qızı, şəhid anası.

Azərbaycan Respublikası, Salyan rayonu.