Şirin Allahverdiyevdən, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirik.
Siz 30 ilə yaxın müddət ərzində işğal altında qalmış Qarabağımızı bizə - Azərbaycan xalqına qaytardınız. Azərbaycan tarixində yeni səhifə yazdınız. Sizin hakimiyyətinizin ilk günündən həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətiniz Azərbaycanımızın bu günü üçün polad təməllər qoymuşdur. Bundan heç bir zaman şübhə etməmişdik.
Cənab Prezident, Sizə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar və qələbələr arzulayırıq.
Hörmətlə,
Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi Zahir Bağırov adına tam orta məktəbin kollektivi adından:
Allahverdiyev Şirin İlyas oğlu.
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi.