Yusif Yusibovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi fevralın 7-də növbədənkənar Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Gəncə Dövlət Universitetinin kollektivi adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Cənab Prezident, qədirbilən xalqımız bir nəfər kimi Sizə səs verərək, növbəti dəfə özünə Lider seçdi. Siz xalqın hədsiz etibarını və rəğbətini doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsi, bölgədə və dünyada öz siyasətini inamla aparan bir dövlətə çevrilməsi istiqamətində gördüyünüz misilsiz işlərlə qazanmısınız.
7 fevralda ailə üzvlərinizdə birlikdə Qarabağımızın döyünən ürəyi -- Xankəndidə verdiyiniz səs, əslində bütün Azərbaycanın səsi idi. Xankəndidə qutuya atdığınız bülleten hər bir Azərbaycan vətəndaşını qürurlandırdı.
Qalib Xalqın, Qalib Lideri kimi Azərbaycan dövlətinin və xalqının hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərimizin yüksək səviyyədə qorunması, habelə müstəqil dövlətimizin daha da gücləndirilməsi naminə göstərdiyiniz çoxşaxəli analoqu olmayan fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, müvəffəqiyyət və ən əsası möhkəm cansağlığı arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Yusif Yusibov, Gəncə Dövlət Universitetinin rektoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.