06 mart 2024, 09:53
Vüsal Əsgərovdan, Gədəbəy, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Cənab Prezident, torpaqlarımızı düşmən işğalından azad etdiyinizə, bizə tarixi zəfər, milli birlik və qürur hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirəm. Sizinlə fəxr edirəm. Allah Ulu Öndər Heydər Əliyevə rəhmət etsin! İndi onun və şəhidlərimizin ruhları şaddır!
Sizə cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Uca Allah Sizi qorusun və köməyiniz olsun!
Hörmətlə,
Əsgərov Vüsal Eldar oğlu, təhsil işçisi.
Azərbaycan Respublikası, Gədəbəy rayonu.