Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Seçkilərdə inamlı qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Bu seçkilərin nəticələri Azərbaycan xalqının Sizə sarsılmaz inam və etimadını, güclü, təcrübəli dövlət xadimi, uzaqgörən, istedadlı siyasətçi kimi qazandığınız nüfuzu bir daha nümayiş etdirdi.
Azərbaycan xalqı Sizə etimad göstərməklə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi, sülhə, təhlükəsizliyə, firavanlığa, xoş rifaha səs verdi. Xalqın böyük ruh yüksəkliyi ilə iştirak etdiyi 7 fevral seçkiləri öz Liderinə olan sonsuz inamının ifadəsi idi. Vətəndaşlarımız sabitliyə, yüksəlişə, inamlı və dayanıqlı inkişafa, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə səs verdi. Onlar öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini məhz Sizin ölkəyə növbəti dəfə rəhbərliyinizdə gördü.
Sizin Ali Baş Komandanlığınızla qəhrəman Ordumuz torpaqlarımızı işğaldan azad etdi, xalqımız ən böyük arzusuna çatdı. Allah ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, müzəffər Ordumuzu qorusun!
Müzəffər Ali Baş Komandanımız, daim uca olasınız!
Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə Uca Allah Sizə yardımçı olsun. Bir daha qələbəniz münasibətilə Sizi təbrik edirəm!
Hörmətlə,
Məmmədəliyev Xəyal İlham oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.