06 mart 2024, 10:59

Tərlan Məmmədovdan, Zaqatala, Azərbaycan

Salam, cənab Prezident,

Sizi yenidən Prezident seçildiyiniz üçün təbrik edirəm. Azərbaycan xalqı hər zaman Sizi bu kürsüdə görmək istəyir.

Mən, Rusiyada yaşasam da, ürəyim Vətənlədir, bayraqladır, millətlədir. Tez-tez Azərbaycana gəlir ümumi inkişafı öz gözlərimlə seyr edir və fərəhlənirəm.

Möhtərəm Prezident, Sizi öz adımdan və ailəm adından bir daha ürəkdən təbrik edir, cansağlığı, uzun ömür arzulayıram. Getdiyiniz bu yolda ayağınıza daş dəyməsin.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Eşq olsun Azərbaycana!

Hörmətlə,

Tərlan Məmmədov

Azərbaycan Respublikası, Zaqatala rayonu, Muxax kəndi.