06 mart 2024, 15:44

Azər Quliyevdən, Sumqayıt, Azərbaycan

Əziz və dəyərli Prezident,

Ötən ay ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibəti ilə həm Sizi, həm də xalqımızı səmimi-qəlbdən təbrik edirəm. Allah Sizə uzun ömür və möhkəm cansağlığı versin.

Sizin dövlətimiz, xalqımız üçün gördüyünüz işlərin dəyəri çox böyükdür. Elə ona görə də Siz xalqımızın gözündə və qəlbində hər zaman uca olmusunuz. Əminik ki, Azərbaycan öz sürətli inkişafını qarşıdakı illərdə də davam etdirəcək, dünyaya yeni nümunələr təqdim edəcəkdir.

Ulu Tanrı uğurlara yol açan birliyimizi daha da möhkəm etsin!

Hörmətlə,

Azər Quliyev

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.