07 mart 2024, 10:07
Nihal Hüseynzadədən, Bakı, Azərbaycan
Mənim Prezidentim!
Sizi şəxsim, ailəm və Azərbaycan məktəbliləri adından Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz, qəti qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ulu Tanrıdan Sizə can sağlığı və xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə yeni Zəfərlər arzulayıram.
Qalib Azərbaycanın qalib şagirdi olaraq, Amerikadan yeni qayıtmışam. Bu kiçik yaşımda bir çox uğurlara imza atmışam. Uğurlarımın sevincini Sizinlə bölüşür, hamımıza yeni uğurlar arzulayıram.
Hörmətlə,
Nihal Hüseynzadə,
şagird
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.