07 mart 2024, 10:20
Amin Quliyevdən, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Bu qələbə vətəndaşların Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq ölkəmiz üçün gördüyünüz titanik işlər danılmazdır. İndi öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan regionda və dünyada tamamilə yeni geosiyasi reallıqlar yaratmış, onun nüfuzu beynəlxalq miqyasda əhəmiyyəti dərəcədə artmışdır.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Quliyev Amin Şakir oğlu.
Azərbaycan Respublikası, Şamaxı şəhəri.