07 mart 2024, 10:46
Aslan Ağayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Siz Qalib Xalqın Qalib Lideri və sərkərdəsisiniz. 44 günlük şanlı Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra sevincimin həddi-hüdudu yoxdur.
Bu gün bütöv Qarabağımızda, bütöv Azərbaycanda şanlı bayrağımız dalğalanır. Bu reallıqları Siz müdrik və uzaqgörən siyasətinizlə, qətiyyətli addımlarınızla yaratmısınız. Əsl Liderlik budur.
Cənab Prezident, Sizə və ailənizə uzun ömür, cansağlığı və uğurlar arzulayıram. Xalqımıza firavan həyat diləyirəm. Qarşıdan gələn Novruz Bayramınızı təbrik edirəm.
Hörmətlə,
Ağayev Aslan Adil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.