07 mart 2024, 13:59

Xanlar Kərimovdan, Qəbələ, Azərbaycan

Möhtərəm cənab Prezident,

Məhz Sizin yüksək nüfuzunuz, siyasi qalibiyyətiniz bütün xalqı ətrafinızda sıx birləşdirdi və dəmir yumruğa çevrilərək 30 il torpaqlarımızı işğal altında saxlayan düşmənlərımızın başına endi.

44 günün zəfəri tarixi Qələbəyə çevrildi, torpaqlarımızın işğalına birdəfəlik son qoydu. Bu gün rəhbərliyiniz altında azad olunmuş torpqlarda geniş abadliq-quruculuq işləri aparılır ki, oradan vaxtı ilə didərgin düşmüş insanlarımız tezliklə geri qayıdacaq və rahat yaşayacaqlar.

Cənab Prezident,

Sizi fevralın 7-də keçirilən seçkilərində qazandığınız qələbə münasibətilə ailə üzvlərimin, iş yoldaşlarımın adından böyük qürur hissi ilə təbrik edim, Sizə uzun, sağlıqlı bir ömür, xoşbəxtlik və Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayır, bu şərəfli günlərə görə təşəkkür bildirirəm.

Hörmətlə,

Kərimov Xanlar Ziyad oğlu

Azərbaycan Respublikası, Qəbələ rayonu