Nuranə Mirzəyevadan, Şamaxı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi fevralın 7-də keçirilmiş prezident seçkilərində qalib gəlməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan vətəndaşları ölkəmizin, xalqımızın gələcəyinin əmin əllərdə olmasından böyük sevinc və qürur hissi duyur. Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanın daha parlaq, xalqın daha xoşbəxt gələcəyi deməkdir.
Əziz Prezident, Siz dərin biliyə malik siyasi xadim kimi həm xalqımız arasında, həm də beynəlxalq aləmdə böyük hörmətə və nüfuza maliksiniz. Buna görə də iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Sizi dəstəkləyir. Xalq hələ
2003-cü ildə etimad göstərib ilk dəfə Sizi Prezident seçəndə inanırdı ki, qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcəksiniz. Ötən illər ərzində gördüyünüz möhtəşəm işlər bu inamı, əminliyi daha da möhkəmləndirdi. 7 fevral seçkilərinin nəticələri bunu bir daha aydın şəkildə göstərdi.
Biz gənclər ətrafınızda sıx birləşmişik və bütöv, müstəqil dövlətimizin gələcəkdə daha da inkişaf etməsi, qüdrətlənməsi naminə atacağınız bütün addımlarda Sizi dəstəkləyəcəyik. Sizə şərəfli və məsul vəzifənizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Nuranə Nizami qızı Mirzəyeva
Azərbaycan Respublikası, Şamaxı rayonu