11 mart 2024, 15:39

Qurban Səfərovdan, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz prezidentlik dövrünüzün böyük hissəsini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltmiş, ordumuzu Qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırmışsınız.

Məhz Sizin müdrik siyasətiniz sayəsində xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu.

Cənab Prezident, Sizi növbədənkənar prezident seçkilərində qazandığınız çox böyük, inamlı qələbə münasibətilə ürəkdən təbrik edirik. Yeritdiyiniz uğurlu daxili və xarici siyasi xətti davam etdirmək üçün Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə xoşbəxtliyi diləyirik.

Hörmətlə,

Səfərov Qurban

Azərbaycan Respublikası, Daşkəsən rayonu, Kəmərqaya kəndi