İspaniya Hökumətinin sədri Pedro Sançezdən

08 mart 2024, 13:04

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Fevralın 7-də keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İspaniya Hökumətinin adından Sizə təbrikimi çatdırıram.

Yeni mandatınız dövründə Sizə bol uğurlar arzu edir və son illərdə irəliləyişlərin nəzərə çarpdığı iqtisadi sahə də daxil olmaqla İspaniya Hökumətinin ölkələrimiz arasında əlaqələrin inkişafını davam etdirmək istəyini Sizə bildirir, qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialının mövcud olduğunu qeyd edirəm.

Həmçinin bu günədək sülh yolunda göstərilən səyləri davam etdirmək üçün lazım olanı arzulayır, Qafqaz regionu üçün tezliklə ədalətli, davamlı və beynəlxalq hüquq tərəfindən hörmətlə qarşılanan sülhün olması istəyimi Sizə çatdırıram. Bilirsiniz ki, bunun üçün İspaniyanın və Avropa İttifaqının dəstəyi Sizinlədir.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırıram.

Hörmətlə,

 

Pedro Sançez

İspaniya Hökumətinin sədri

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07