Valeh Kərimlidən, Şəki, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ehtiramımı və hörmətimi bildirir, uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.
Sizin düşünülmüş və ardıcıl həyata keçirdiyiniz siyasətiniz nəticəsində ölkəmizdə gənclərin rahat şəkildə təhsil alması, çalışması üçün hər cür şərait yaradılmışdır. Bu da Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunun təzahürüdür.
Dövlət başçısı olaraq bizim qayğımıza qaldığınıza, fəaliyyətimiz üçün geniş imkanlar yaratdığınıza görə Sizə təşəkkürümü bildirir, yeni prezidentlik dövrünüzdə Sizə böyük nailiyyətlər arzulayıram.
Hörmətlə,
Valeh Ruslan oğlu Kərimli
Azərbaycan Respublikası, Şəki şəhəri.