12 mart 2024, 11:20
Adil Ağayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən bu məktubu Sizə yazaraq, yenidən Prezident seçildiyinizə və ölkəmizə rəhbərlik etdiyinizə görə fəxarət və qürur hissi keçirdiyimi bildirmək, təbriklərimi çatdırmaq istəyirəm.
Xalqımız Sizi özünün daimi Prezidenti görür. Sizin hakimiyyətdə olduğunuz dövrdə Vətənimiz Azərbaycan davamlı tərəqqi etmiş, özünəməxsus inkişaf yolu keçmişdir. Bu yolda müxtəlif çətinliklərlə üzləşsək də, hər dəfə Sizin müdrik qərarlarınız və uzaqgörən addımlarınızla həmin çətinliklərə sinə gərmiş, yolumuza davam etmiş və arzuladığımız hədəflərə çatmışıq.
Var olun! Allah Sizi qorusun!
Hörmətlə,
Adil Ağayev
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.