Ələkbər Həsənovdan, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab İlham Əliyev!
Sizi gənclər adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu, həmçinin xalqımızın da uğurudur və Sizin Ulu Öndər Heydər Əliyevin davamçısı kimi həyata keçirdiyiniz uğurlu liderliyinizin, xalqa bağlılığınızın parlaq göstəricisidir. Sizin səyləriniz, islahatlarınız Azərbaycan Respublikasını daha da qüdrətləndirməkdə və dirçəltməkdədir. Gənclərin təhsilinin inkişafına, gənc istedadların dəstəklənməsinə yönəlmiş təşəbbüs və proqramlarınız ölkənin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Sizin bu sahədəki səyləriniz azərbaycanlı gəncləri ruhlandırır və onların potensialını reallaşdırmağa kömək edir. Sizə Vətənimizə xidmətinizdə uzun və uğurlu illər, cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram. Liderliyiniz bütün ölkə üçün qürur mənbəyidir.
Ən xoş arzularla,
Həsənov Ələkbər Gündüz oğlu,
Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.