Hicran Ələsgərovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident,
Azərbaycan xalqı yenidən Sizə etimad göstərdi. Bu, gördüyünüz işlərə verilən qiymət, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətin rəmzidir. Xalqın böyük ruh yüksəkliyi ilə iştirak etdiyi 7 fevral seçkiləri onun öz Liderinə olan sonsuz inam və güvənin təntənəsinə çevrildi. Vətəndaşlarımız sabitliyə, yüksəlişə, davamlı sosial-iqtisadi inkişafa səs verdi.
Sizin Ali Baş Komandanlığınızla müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi, xalqımız ən böyük arzusuna çatdı. Bu xoşəxtliyi bizə yaşatdığınız üçün Sizə hər zaman minnətdar olacağıq.
Seçkilərdə parlaq qələbəniz və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Hesab edirik ki, bu, Azərbaycan adına yeni dövrün başlanğıcıdır. Qismətimiz hər zaman uğur olsun!
Hörmətlə,
Hicran Ələsgərov
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.