15 mart 2024, 10:40

Xanlar Əliyev, Ağcabədi, Azərbaycan

Salam, cənab Prezident!

Bütün dünya dövlətləri görürlər ki, bu gün Azərbaycan dövlətinin başında savadlı, cəsur, qətiyyətli və müdrik bir şəxsiyyət durur. Mən bunu qürur hissi ilə yazıram.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı hərbi yolla, öz gücü hesabına işğaldan azad etdi. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə gördüyünüz işlər çox dəyərli və qürurvericidir. Bu gün Qarabağ böyük inşaat meydanıdır. Bu, Sizin dövlətimizə, xalqımıza verdiyiniz qiymətin təzahürüdür.

İftixarlı qəlbimlə Sizin yanınızdayam.

Allah Sizi qorusun.

Hörmətlə,

Xanlar Əliyev

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.