18 mart 2024, 14:23

Mayis Sadıxovdan, Lənkəran, Azərbaycan

Salam, cənab Prezident!

Mən özüm Birinci Qarabağ müharibəsi veteranıyam. Atam Nəciməli Sadıxov isə Böyük Vətən müharibəsi veteranı olmuşdur. Qardaşım oğlu Vaqif Sadıxov Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmışdır. Bunları ona görə yazıram ki, ailəmizin vətənpərvər olduğu haqda məlumat verim.

Aztəminatlı ailəmin vəziyyəti bir qədər çətinləşdiyi üçün ünvanlı dövlət sosial yardımı ilə təmin olunmağımız barədə müraciət etmişdim. Çox şəffaf araşdırmadan sonra ailəmizə sosial yardım təyin edildi.

Möhtərəm Prezident, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, həmçinin aztəminatlı ailələrə göstərdiyiniz qayğıya və yaratdığınız bu şəraitə görə Sizə ailəmiz adından təşəkkür edirəm.

Hörmətlə,

Sadıxov Mayis Nəciməli oğlu,

Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Lənkəran rayonu, Digah kəndi.