18 mart 2024, 12:39

Ceyhun Cavadovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Ötən ay ölkəmizdə keçirilən prezident seçkilərində qalib olduğunuz üçün Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Ölkəmizi və xalqımızı inkişafa aparan yol heç də hamar olmayıb. Uğurlu iqtisadi siyasətin yürüdülməsi, neft və qaz kəmərlərinin çəkilməsi, gəlirlərin səmərəli idarə edilməsi mühüm əhəmiyyət daşıyırdı. Siz bu işlərin öhdəsindən çox məharətlə gəldiniz. Milli neft strategiyasının uğurla reallaşması digər sahələrin inkişafına güclü təkan verdi və iqtisadi yüksəlişin təməlini qoydu. Güclü iqtisadiyyatımız isə öz növbəsində həm xalqın rifahının yaxşılaşmasını, eyni zamanda qüdrətil ordunun formalaşmasını, onun maddi-texniki bazasının möhkəmləndirilməsini şərtləndirdi.

Cənab Prezident, Sizə fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Ceyhun Cavadov,

özəl sektorun işçisi

Azərbaycan Respublikası, Şirvan şəhəri.