19 mart 2024, 11:23

Sara Əsədovadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı və parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Respublikasının inkişafı ilə bağlı bütün istiqamətlər üzrə həyata keçirdiyiniz çoxşaxəli işlər Sizin uzaqgörən və müdrik bir siyasətçi olduğunuzu sübut edir. Ölkəmizdə sabitlik və davamlı inkişafın təmin edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ulu Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Əsədova Sara Durhəsən qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri.