04 aprel 2024, 17:37

Natiq Heydərovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Vətən müharibəsi qazisiyəm. Bu gün Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Bir qazi olaraq mən də bunu hiss edirəm. Problemlərimizin operativ həll olunması bunun əyani göstəricisidir.

Cənab Prezident, Sizə və xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək Sizi və ailənizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah Sizi və xalqımızı qorusun, Ulu Öndər Heydər Əliyevə rəhmət eləsin!

Hörmətlə,

Heydərov Natiq Ramiz oğlu, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Zərdab rayonu, Alcanlı kəndi.