04 aprel 2024, 10:36

Nasixa Kenjinadan, Astana, Qazaxıstan

Hörmətli cənab Prezident!

Siz biz qazaxlar üçün bütün həyatını Azərbaycan xalqına, Vətəninə xidmətə həsr etmiş vətənpərvər bir insan nümunəsisiniz. Siz dahi atanın layiqli oğlu kimi Ulu Öndər Heydər Əliyevin irsini qoruyub saxladınız və bu işi layiqincə davam etdirirsiniz. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi müdrik rəhbərliyiniz və uzaqgörən siyasətiniz, sərrast strategiyanız sayəsində işğalçılar Qarabağdan qovuldu, ölkənizin ərazi bütövlüyü bərpa edildi və tarixi Qələbə qazanıldı. Bu Qələbə minlərlə şəhidin, Azərbaycanın vətənpərvər oğul və qızlarının canı və qanı bahasına başa gəldi. Təxribatlara və beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərilməməsinə baxmayaraq ölkəniz 30 ildən sonra Qarabağın qaytarılması məsələsini təkbaşına həll etdi.

Mən 44 günlük Vətən müharibəsinin hər gününü həyəcanla izləyirdim. Qazandığınız Qələbəni mən də xüsusi qürurla qeyd etdim. Sizinlə daim fəxr etmişəm, indi də edirəm.

Qarabağla bağlı yazdığım kitab Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Qələbənin şərəfinə bir hədiyyədir. Qazaxıstanda yaşayan azərbaycanlılar öz adət-ənənələrinə sadiqdirlər, Qələbəyə də ürəkdən sevinirlər.

Bu yaxınlarda Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi oldu. Astananın da mərkəzi küçələrindən biri Heydər Əliyevin adını daşıyır.

Xalqlarımızı, dostluğumuzu birləşdirən qardaşlıq bağları, türklük kökləri qədimdir. Şuşada, Laçında, Füzulidə oldum. Xocalı, Xankəndi, Ağdam torpaqlarında olacağım günləri də xəyal edirəm.

Hörmətli cənab Prezident, Sizi böyük Qələbə, həmçinin prezident seçkilərindəki uğurunuz münasibətilə bütün qəlbimlə təbrik edirəm.

Allah Sizi qorusun!

Mən bütün qəlbimlə Sizinlə fəxr edirəm!

Siz əsl xalq Prezidentisiniz!

Hörmətlə,

Kenjina Nasixa, yazıçı-publisist, Azərbaycan və Qazaxıstan Jurnalistlər birliklərinin üzvü, Qazaxıstan Respublikasının ictimai xadimi.

Qazaxıstan Respublikası, Astana şəhəri.