04 aprel 2024, 12:37

Ələmdar Əlbəndovdan, Gəncə, Azərbaycan

Cənab Prezident!

Mən bir Gəncə sakini kimi şəhərimizdə son illərdə aparılmış abadlıq işlərinə görə Sizə dərin təşəkkür edirəm. Küçələrimizin işıqlandırılması, su-kanalizasiya sisteminin yenidən qurulması, şəhərdaxili yolların asfaltlaşdırılması və digər işlər biz şəhər sakinlərini çox sevindirir.

Ötən il xalqımız üçün xüsusilə qürurverici il oldu. Ərazi bütövlüyümüz və suverenliyimiz Müzəffər Ali Baş Komandanın – Sizin rəhbərliyinizlə bərpa olundu. Bunun üçün də Sizə ayrıca minnətdaram.

Hörmətlə,

Əlbəndov Ələmdar Aslan oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.