Şəhid övladından, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən, bir şəhid övladı olaraq, Sizə işlərinizdə müvəffəqiyyətlər arzu edirəm. Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Sizin varlığınız Azərbaycanın tərəqqisinin, işıqlı sabahlarının, xalqımızın xoş güzəranının qarantıdır. Sizin sayənizdə başımız dik, alnımız açıqdır, şəhidlərimizin ruhu şaddır.
Şəhid övladlarını hər zaman diqqətdə saxlayıb, onlardan öz qayğınızı əsirgəmədiyiniz üçün hər birimiz Sizə qəlbən minnətdarıq. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların Prezident təqaüdü ilə təmin olunması, şəhid övladlarının təhsil haqqından azad edilməsi çox humanist addımlardır.
Addımlarınız hər zaman uğurlu, qədəmləriniz mübarək olsun!
Hörmətlə,
Ramiz Kərimov,
şəhid övladı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi.