06 aprel 2024, 18:12

Novruz Quliyev və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Yola saldığımız 2023-cü il Azərbaycan üçün düşərli və yaddaqalan olmuşdur. Sizin düşünülmüş daxili və xarici siyasətiniz nəticəsində ölkəmiz yüksək nailiyyətlər əldə etmişdir. Ötən il sentyabr ayının 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu, üçrəngli bayrağımız Xankəndidə və ətraf yaşayış məntəqələrində ucaldıldı. Zəfər bayramı münasibətilə Xankəndi şəhərində hərbi paradı qəbul etməklə dövlətimizin gücünü dünyaya nümayiş etdirdiniz.

Siz dövlətimizin bölgədə və dünyada nüfuzunun artmasına nail olmuş böyük şəxsiyyətsiniz. Ölkəmizin əldə etdiyi nailiyyətlər biz “91-lər”i hədsiz məmnun edir.

2024-cü il də Sizin müdrikliyiniz sayəsində xalqımıza uğurlar və xoş müjdələr vəd edir.

Fevral ayının 7-də keçirilən prezident seçkilərindəki parlaq qələbəniz bütün xalqımız kimi biz “91-lər”in də gələcəyə inamımızı artırmış, sevincimizə sevinc qatmışdır.

COP29 kimi mötəbər beynəlxalq tədbirin bu il keçirilmə yerinin Azərbaycan seçilməsi əksər ölkələrin dövlətimizə olan etibarının və inamının təzahürüdür.

Ümummilli Liderimiz Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il “Heydər Əliyev İli” kimi tarixə əbədi həkk olunmuşdur.

Siz “91-lər”ə daim diqqət və qayğı göstərmiş, bizim Ulu Öndərə tarixi müraciətimizi yüksək dəyərləndirmisiniz. Bununla fəxr edir, məmnunluğumuzu ifadə etməkdən şərəf duyuruq. Bizim də dövlətimizin ictimai-siyasi həyatında iştirakımız daim davamlı olacaqdır.

Sizə ali, qətiyyətli dövlətçilik fəaliyyətinizdə daha da böyük uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

“91-lər”dən:

Novruz Quliyev, AMEA-nın müxbir üzvi, professor,

Tahir Məmmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist,

Munis Bayramov, “Vətənə xidmətə görə” ordenli.

Azərbaycan Respublikası, Bakı şəhəri.