Fəxrəddin Ağamirzəyevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, xalqımızı son 200 illik tarixində bir ilk olaraq şanlı Qələbələrə qovuşduran, tarixi torpaqlarımızı 30 illik mənfur erməni əsarətindən qurtaran böyük sərkərdə və xariqələr müəllifi kimi Sizin barənizdə dövri mətbuatda çıxışlarımı mütəmadi davam etdirməkdəyəm.
Müzəffər Ali Baş Komandan olaraq Sizin sayənizdə 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla Azərbaycan tarixinin şanlı səhifəsinə imza atdığınız gündən iki gün sonra mətbuatda dərc edilən məqaləmdə yazmışdım: “Azərbaycan tarixində ilk olaraq "Generalissimus" hərbi rütbəsi səviyyəsinə yüksəlmiş sərkərdəmiz, müqəddəs Lider İlham Heydər oğlu Əliyev! Biz fəxr edirik ki, rəhbərimiz Sizsiniz! Biz fəxr edirik ki, bizim xalqın şanlı övladı və Müzəffər Liderisiniz!".
Cənab Prezident, bu gün də həmin hisslərlə, arzularla yaşayır və çalışırıq. Sizə dəstək və sədaqətimiz səmimi və daimidir.
Sizinlə qürur duyuruq!
Hörmətlə,
Fəxrəddin Ağamirzəyev,
jurnalist-hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Füzuli Hərbi Məhkəməsinin hakimi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.