16 aprel 2024, 11:34

Ramil Məmmədovdan, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident.

Qəbələ rayon Bum qəsəbə tam orta məktəbinin müəllim kollektivi olaraq Sizə dərin təşəkkürümüzü bildiririk. Bir əsrdən çox yaşı olan məktəbimizin yeni siması qəsəbəmizə əsl bayram hədiyyəsi oldu. Gərgin iş qrafikinizin olmasına baxmayaraq, məktəbimizin açılışında iştirakınızdan çox qürurlandıq.

Cənab Prezident, hər zaman siyasi xəttinizi dəstəkləyir, əldə olunan bütün uğurlarımıza görə Sizə sonsuz minnətdarıq.

Hörmətlə,

Məmmədov Ramil Tofiq oğlu,

Qəbələ rayon Bum qəsəbə tam orta məktəbinin direktor vəzifəsini icra edən,

Azərbaycan Respublikası, Qəbələ rayonu, Bum qəsəbəsi.