Tacəddin Mədətovdan, Cəlilabad, Azərbaycan
Möhtərəm Prezident!
Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə bir vətəndaş olaraq, Sizə öz dərin təşəkkürümü bildirirəm.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində işğaldan azad edilən torpaqlarımızda hazırda böyük quruculuq, bərpa işləri gedir, çox mühüm infrastruktur layihələri həyata keçirilir, “ağıllı” şəhər və kəndlər salınır. Böyük Qayıdış proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdırlar. Bu gün xalqımız qürur duyur ki, müstəqilliyimizi və suverenliyimizi təcəssüm etdirən şanlı Bayrağımız Sizin sayənizdə işğaldan azad edilən torpaqlarımızda vüqarla dalğalanır, düşmənə göz dağı verir.
Həyata keçirdiyiniz çoxsaylı islahatlar, ölkəmizdə gündən-günə genişlənən abadlıq işləri, əhalinin güzəranını yaxşılaşdırmaq üçün görülən tədbirlər, bir çox sahədə qazanılan yüksək nailiyyətlər, apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanda hökm sürən sabitlik və əmin-amanlıq Sizə nəinki Azərbaycanda, həmçinin beynəlxalq səviyyədə böyük nüfuz qazandırmışdır.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, tükənməz enerji, ölkəmizin hərtərəfli yüksəlişi, xalqımızın firavanlığı və əmin-amanlığı naminə dəyərli ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Mədətov Tacəddin
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Hacıməmmədli kəndi.